ŞOK OĞURLUQ: Polisdən qaçmaq üçün 12 metr hündürlükdən tullandı
    • Bu gün, 15:55
    • 71

ŞOK OĞURLUQ: Polisdən qaçmaq üçün 12 metr hündürlükdən tullandı

Türkiyədə oğurluqda şübhəli bilinən şəxs polisə yaxalanmamaq üçün 12 metr hündürlükdən aşağı tullanıb.

News24.az DHA-ya istinadən xəbər verir ki, hadisə Diyarbakırda yaşanıb, yaralanan şübhəli xəstəxanaya yerləşdirilib. 

Araşdırmalar zamanı həmin şəxsin 19 fərqli cinayətdə adının hallandığı bəlli olub. 

DHA xəbər verir ki, müalicəsindən sonra həbs edilən şübhəlinin 19 fərqli fayldan qeydlərinin olduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə şübhəli şəxs həbs edilib.

Teymur Məmmədov