Hakimi təhqir edən məşqçi 5 oyunluq cəzalandırıldı
    • Dünən, 21:44
    • 75

Hakimi təhqir edən məşqçi 5 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, qərar komitənin bugünkü iclasında açıqlanıb.

M.Rəhimov 1-ci liqanın 3-cü turunda “Difai” ilə keçirilən oyunda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.