AFFA Vaqif Cavadovu CƏZALANDIRDI
    • 7-09-2023, 14:15
    • 226

AFFA Vaqif Cavadovu CƏZALANDIRDI

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi "Sumqayıt" klubunun əvəzedicilərinin baş məşqçisi Vaqif Cavadovu cəzalandırıb.

News24.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna 34 yaşlı mütəxəssisin "Neftçi-2" ilə oyun bitdikdən sonra hakimin qərarına etiraz etməsi səbəb olub.

Cavadov birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzaya, "gənclik şəhəri" təmsilçisi isə 150 manat cəriməyə məruz qalıb.