45 gün sonra "Yerə qayıtdılar"
    • Bu gün, 16:49
    • 52

45 gün sonra "Yerə qayıtdılar"

NASA-nın indiyə qədərki ən real Mars simulyasiyası 45 gündən sonra tamamlanıb.

News24.az xəbər verir ki, dörd könüllü alim, NASA-nın Texasdakı Johnson Kosmik Mərkəzində İnsan Kəşfiyyatının Tədqiqat Analoqu (HERA) layihəsində ay yarım təcrid olunmuş vəziyyətdə qalaraq Marsda yaşayış şəraitini simulyasiya edib.

Ekipaj 60 kvadrat metrlik yaşayış sahəsində Marsdakı çətin şərtləri təqlid edərək 18 fərqli tədqiqat işi aparıb.

Onların vəzifələrinə hidroponik bağdan bitki yığmaq, karides yetişdirmək və virtual Mars gəzintiləri daxildir. NASA izah edib ki, bu fəaliyyətlər astronavtların missiya yönümlü düşüncə tərzini gücləndirmək üçün nəzərdə tutulub.

Simulyasiya zamanı əsl Mars missiyasında rastlaşacaq əlaqə gecikmələri də yaşandı.

NASA, Marsdakı astronavtların Yerdən əlaqəyə çatmasının 20 dəqiqə çəkdiyini müşahidə edərək komandaların bu vəziyyətə necə uyğunlaşdıqlarını qiymətləndirib.

Vəzifələrindən başqa komanda kitab oxumaqla, kart oynamaqla, Leqo qurmaqla və musiqi dinləməklə vaxt keçirib.

NASA alimləri ekipaj təcridinin və məhdudiyyətlərin onların fəaliyyətinə təsirini davamlı olaraq izləyiblər.

Günel Məlikzadə