NASA-da elektrik kəsildi
    • 26-07-2023, 14:05
    • 104

NASA-da elektrik kəsildi

Ötən gecə NASA-da elektrik enerjisinin kəsilməsi səbəbindən Beynəlxalq Kosmik Stansiyada 7 kosmanavt qısamüddətli əlaqə problemi yaşayıb.

News24.az xəbər verir ki, Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Mərkəzində inkişaf işləri zamanı elektrik kəsilməsindən sonra ehtiyat sistemlər işə salınıb.

Missiyaya nəzarət mərkəzində ISS-dəki 7 kosmonavtla qısa ünsiyyətdə çətinlik yaranıb.

ISS proqram meneceri Joel Montalbano ehtiyat sistemlərin 90 dəqiqə ərzində tam nəzarəti təmin etdiyini, astronavtlar üçün heç bir təhlükənin olmadığını və astronavtların vəziyyətlə bağlı fasilənin 20-ci dəqiqəsində məlumatlandırıldığını bildirib.

Montalbano, NASA-nın kəsilmə səbəbiylə ilk dəfə ehtiyat sistemlərdən istifadə etməli olduğunu ifadə edərək, günün sonunda elektrik kəsilməsinə səbəb olan problemi həll etməyi ümid etdiklərini bildirib.

Aydan