“Curiosity” Marsda təmiz kükürd tapdı
    • Bu gün, 08:52
    • 70

“Curiosity” Marsda təmiz kükürd tapdı


NASA-nın Marsa göndərdiyi “Curiosity” maşını Marsda elm dünyasını heyrətə salacaq bir ilkə imza atıb.

News24.az APA-ya istinadla xəbər verir ki, NASA  “Curiosity” maşınının Mərsda təmiz kükürd tapdığını açıqlayıb və bu kəşfin Marsın keçmişi haqqında yeni məlumatlar əldə etməyə kömək edəcəyini bildirib.

NASA-nın Marsdakı Elm Laboratoriyası (MSL) missiyasının bir hissəsi olaraq, Marsdakı Gale kraterini tədqiq edən “Curiosity” tədqiqat maşınının 2012-ci ildən bəri planetdəki fəaliyyətini davam etdirdiyi bildirilir.

Qeyd edək ki, “Curiosity”nin missiyaları Marsın iqlimini və geologiyasını araşdırmaq, Marsda nə vaxtsa həyatın olub-olmadığını və suyun varlığını araşdırmaq, planetar məskunlaşmanı və gələcəkdə insanların orada araşdırma aparmağının mümkün olub-olmadığını araşdırmaqdan ibarətdir.