Doğuşdan sonrakı depresiya...
    • 27-09-2024, 22:43
    • 275

Doğuşdan sonrakı depresiya...

Doğuşdan sonra depressiya keçirən 21 yaşlı Zoe Uinstanli Mançesterdəki evində ölü tapılıb.

News24.az xəbər verir ki, Zoe Uinstanli bir müddət depressiyaya düşüb və əvvəllər də ətrafdakı insanlara ölmək istədiyi barədə bəzi çıxışlar edib. 

O, yatmış körpəsini yatağa qoyduqdan sonra başqa otağda intihar edib və onu sevgilisi Bradley Marshall tapıb. Marşal Uinstanlini ürək masajı etməyinə baxmayaraq, qadını xilas edə bilməyib.

İllər əvvəl bir-birinin ardınca valideynlərini itirən gənc qadının doğuşdan sonra dərin depressiya keçirdiyi və tez-tez intihar etmək istədiyini dilə gətirdiyi öyrənilib.

Zoe Uinstanlinin bacısı Cessika Kinq valideynlərini itirdikdən sonra himayədar ailənin himayəsində olduqlarını bildirib. "O, sadəcə sevilmək istəyirdi" deyib King. 

Uinstanlinin dostları bildiriblər ki, gənc qadın ölümündən 3 gün əvvəl həyatına son qoymaq istəməsi ilə bağlı bəzi söhbətlər edib.

Ekspertizadan sonra məhkəmə-tibb eksperti Maykl Pemberton gənc qadının boğularaq öldüyünü və hadisənin intihar olduğunu təsdiqləyib.

Məryəm İlhamqızı