İt sahibinin ayağını parçaladı - FOTOlar
    • 8-04-2024, 14:22
    • 151

İt sahibinin ayağını parçaladı - FOTOlar

Adanada Tina adlı Chow Chow iti Linda adlı pomeraniyalı iti qısqanaraq sahibinin ayağını parçalayıb. Gənc qadının ayağında toxuma itkisi olduğu halda, toxuma transplantasiyası ilə sağlamlığına qovuşduğu öyrənilib.

News24.az xəbər verir ki, Ş.Ö. 4 ildir ki, Tina adlı Çin aslan itini evində bəsləyirmiş. (42) 2 il əvvəl Linda adlı başqa bir Pomeranian itini övladlığa götürüb. Evində daha 2 iti olan Ş.Ö.-nin Linda və Tina adlı itləri ilə anlaşa bilmədiyi iddia edilib.

Ş.Ö yatağa gedərkən Linda adlı itini sığallayıb. Lakin bu zaman Tina sahibinin sol ayağına hücum edərək dərisini qoparıb.

Gənc qadının qışqırtısını eşidən oğlu A.T. (18) anasını xilas edərək təcili yardım çağırıb. Evə gələn tibb işçiləri gənc qadını Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparıb. Burada edilən ilk müdaxilələrdən sonra gənc qadın xüsusi xəstəxanaya sövq edildi.

Günel Məlikzadə