-
- 27-09-2024, 23:26
- 324
Bu müalicə üsulu ölümə SƏBƏB OLUR - XƏBƏRDARLIQ
Səhiyyənin inkişafına baxmayaraq, insanlar el diliylə desək, türkəçarə üsullara üz tuturlar.
Bəs insanların bu müalicə üsullarına üz tutması nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Almaz İsmayılova bildirib ki, təbii vasitələrlə özbaşına müalicədə diqqətli olmaq lazımdır.
“Xalq təbabəti üsullarından ağır olmayan xəstəliklərdə istifadə etmək olar. Bəzən zob, mədə-bağırsaq sistemi, onkoloji, kəskin böyrək xəstəliyi olan pasiyentlər belə türkəçarə müalicə üsullarından istifadə edirlər: Xalq təbabəti bu insanlarda müalicənin gecikməsinə, daha çox ağırlaşmasına və hətta ölüm hallarına kimi gətirib çıxara bilər”.
Almaz İsmayılova qeyd edib ki, xəstəlik xroniki haldadırsa, bu zaman xalq təbabətinə, təbii vasitələrə üstünlük verilməlidir:
“Çünki xroniki xəstəliklərdə çox zaman təbii vasitələr effektiv nəticə göstərir. Orqanizm əlavə kimyəvi dərmanlardan azad olur. Müəyyən məqamlarda insanların soyuqdəymə və viruslardan qurtulmaq üçün xalq təbabətinə üz tutması başa düşüləndir. Çünki bu üsul əksər hallarda sağlamlığa zərərli deyil”.