BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
    • Bu gün, 19:41
    • 116

BDU-nun tələbəsi avtoqəzada həyatını itirib


Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində "Politologiya" ixtisası üzrə təhsil alan IIl kurs tələbəsi Kənan Abıyev avtoqəza nəticəsində həyatını itirib.

Bu barədə BDU-dan məlumat verilib.

"BDU rəhbərliyi və kollektivi tələbəmizin vaxtsız vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib./report