Diş həkimi sosial media fenomeninin başına oyun açdı
    • 28-09-2024, 08:38
    • 234

Diş həkimi sosial media fenomeninin başına oyun açdı

Rumıniyalı sosial media fenomeni Stefania Kostaşe dəhşət yaşayıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, diş klinikası ilə reklam müqaviləsi bağlayan fenomen diş həkimi tərəfindən qaçırılaraq təcavüzə məruz qalıb.

Kostaşenin iddiasına görə, diş həkimi Bereçet görüş zamanı ona yatması üçün dərman verib, daha sonra evinə aparıb və təcavüz edib. 

Bu dəhşətli hadisə sosial mediada böyük əks-səda doğurub.

Stomatoloq Kostin İulian Bereçet Rumıniyada 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmə, Bereçetin qurbanına 40 min funt sterlinq təzminat ödəməsinə qərar verib.