Ömrü uzadan qidalar - SİYAHI
    • 28-09-2024, 18:06
    • 618

Ömrü uzadan qidalar - SİYAHI

Ömrünü uzatmaq istəyənlər öz rasionlarına kompleks karbohidratlar, bitki mənşəli qidalar və sağlam yağlar daxil etməlidirlər.

Bu barədə "New Scientist"ə Cənubi Kaliforniya Universitetinin əməkdaşı Valter Lonqo danışıb.

Alim ömrü uzatmaq üçün pəhrizin əsas prinsipinin yatmazdan üç saat əvvəl yeməyi dayandırmaq olduğunu qeyd edib. O, həmçinin bugünkü son yeməklə sabahkı ilk yemək arasında 12 saatlıq fasilə saxlamağın vacibliyinə diqqət çəkib. 

Digər vacib qayda balanslaşdırılmış qidalanma tərzidir: kalorilərin 40-60%-i kompleks karbohidratlardan, 10-15%-i bitki mənşəli qidalardan və 25-35%-i bitki mənşəli yağlardan gəlməlidir.

Mütəxəssis qida rasionunuza şəkər və ürək-damar xəstəlikləri riskini azaldan lobya, immunitet sistemini gücləndirən yaşıl tərəvəzlər əlavə etməyi tövsiyə edir. Ürək sağlamlığı üçün vacib olan sağlam yağları ehtiva edən çərəzləri də unutmaq olmaz.

Onun sözlərinə görə, yulaf qan şəkərinin səviyyəsini normallaşdırmağa kömək edir. Meyvələr isə lif mənbəyidir və bağırsaq sağlamlığını qorumaq üçün vacibdir.

"Balıqlar tərkibindəki dəmir, sink, yod və maqnezium sayəsində beyin və ürəyin fəaliyyətini yaxşılaşdırır.

Tədqiqatçılar sağlam yağların və ürək-damar sisteminə müsbət təsir göstərən güclü antioksidantların mühüm mənbələri olan zeytun və zeytun yağını da uzunömürlülüyün əsas komponentləri kimi müəyyən edirlər", - deyə alim vurğulayıb./moderator.az