-
- 18-06-2019, 15:00
- 917
Bakıda 100-dən çox şəxsi aldadan qadın barəsində YENİ XƏBƏR
Bakıda dələduzluq etdiyi üçün həbs edilmiş qadın Apelyasiya Məhkəməsinə müraciət edib.
News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilən İmanova Dilarə Əli qızı hökmdən apelyasiya şikayəti verib. O, cəzasının azaldılmasını tələb edib. İş Baki Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatına verilib.
Qeyd edək ki, özünü Mərkəzi Bankın sədri Elman Rüstəmovun yaxın qohumu kimi təqdim edərək dələduzluq yolu ilə 100-dən çox vətəndaşı aldadan Dilarə İmanovaümumilikdə 2 milyon manata yaxın vəsait mənimsəyib. Qurbanlar əsasən, Masallı, Cəlilabad, Lənkəran, Bakı sakinləridir. Dilarə Imanova 2007-2009-ci illərdə sonradan 10 il həbs cəzası almış qeyri-rəsmi həyat yoldaşı olan Masallı rayon sakini Saleh Ismayılovun vasitəsilə insanlara təkrar satışa çıxarılan avtomobilləri banklar vasitəsilə ucuz qiymətə, ilkin ödənişsiz təklif edib. Lakin banklara aparılacaq ödənişlərin onlar vasitəsilə həyata keçirilməsini şərt kimi irəli sürüb. Bir çox hallarda insanlar pulun bir qismini ödəsə də, avtomobili ala bilməyib. Alınmış avtomobillər yenidən banka qoyularaq insanların hesabından pullar çıxarılıb.
Dilarə Imanova vətəndaşlara ikinci əldən olan maşınların satışını 14 bank vasitəsilə həyata keçirib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesin yekununda Dilarə İmanova 11 il müddətinə azadlıqdan məhrum edilib.