Azərbaycanda sabiq icra başçısının həbs edilən qızı barədə YENİ XƏBƏR
    • 25-10-2019, 16:51
    • 1 866

Azərbaycanda sabiq icra başçısının həbs edilən qızı barədə YENİ XƏBƏR

Dələduzluq etdiyinə görə məhkum edilən şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni, dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə ittiham edilərək məhkum edilən Abdullayeva Nigar Seyran işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, N.Abdullayeva daha əvvəl də Ali Məhkəməyə müraciət edib, həmin vaxt iş icraata qəbul edilmədən apelyasiya instansiyasına qaytarılıb.
Xatırladaq ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı olan 1982-ci il təvəllüdlü N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi) Protokol şöbəsinin rəisi olub.

O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
2015-ci il sentyabr ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Abdullayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. N.Abdullayevanın apellyasiya şikayəti təmin edilməyib.