-
- 28-09-2024, 15:12
- 1 240
“Bacımın qızına onu sevdiyimi dedim...." - Azərbaycanda
“Bacımın qızına onu sevdiyimi dedim, o da məndən xoşu gəldiyini etiraf etdi. Onunla cinsi əlaqədə olmaq istədiyimi deyəndə də razılıq verdi”.
News24.az-ın Gencexeber.az-a istinadla məlumatına görə, bu sözləri Gəncə Ağır Cinayətlər Məhkəməsi qarşısında yetkinlik yaşına çatmayan, öz doğma bacısı qızı ilə cinsi əlaqədə olmaqda təqsirləndirilən R.H (ad şərtidir) deyib.
Hadisə 2022-ci ilin sonlarından başlayıb. Belə ki, 1998-ci il təvəllüdlü R.H yetkinlik yaşına çatmayan, 14 yaşlı bacısı qızı Ə.H ilə sevgi münasibəti yaşamağa başlayıb. Bu münasibətdən istifadə edərək, 2023-cü ilin yanvar ayından sonra bacısı qızının razılığı ilə onunla dəfələrlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 152.4.1-ci (16 altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs R.H-ya ifadə vermək üçün şərait yaradılıb.
O, törətdiyi əməldə özünü qismən təqsirli bilərək, ifadə verib. Onun sözlərinə görə, bacısı Maya ilə anası Elmiranın münasibəti yaxşı olmayıb:
“Anamla bacımın münasibəti yox idi. Anam bacımla qızını evdən qovdu. Ona görə də bacım öz qızı ilə birgə Abşeron rayonu, Xırdalan şəhərində müxtəlif evlərdə kirayə yaşayıb. Bakıda olanda onlarla tez-tez görüşürdüm. Elə olurdu ki, bəzən onların yanında qalırdım. Əfsanə ilə cəmi üç dəfə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. 2023-cü ildə anamla aramda problem yarandı. Buna görə bacımın evinə getdim, bir neçə gün onlarla birlikdə kirayədə qaldım. Maya bazarda işləyirdi, qızı çox vaxt evdə tək olurdu”.
R.H ifadəsində bildirib ki, bacısı qızı Əfsanə ilə söhbət edərkən ona sevdiyini deyib:
“Ondan xoşum gəldiyini deyəndə, o da məni bəyəndiyini etiraf etdi. Bir qədər sonra onunla cinsi əlaqədə olmaq istədiyimi dedim. O, buna razılıq verdi. Elə həmin evdə cinsə əlaqədə olduq. Bacımın qeyri-rəsmi yaşadığı Elşad adlı şəxs bizim münasibəti başa düşəndən sonra məni evdən qovdu. Gədəbəyə qayıtdım. 2023-cü ilin iyun ayında Əfsanə mənə zəng edib anası ilə dalaşdığını, mənim yanıma gəlmək istədiyini dedi. Həmin gün Əfsanə taksi ilə Şəmkirə gəldi. Onu qarşılayıb Gədəbəydə anamla yaşadığım evə apardım. Amma anam Əfsanəni evə qəbul etmədiyi üçün qonşuluqda olan qardaşım Turalın evinə apardım. Bir neçə gün burda qaldıqdan sonra anam yumuşalıb bacım qızını evə qəbul etdi. Eyni evdə qaldığımız müddətdə cinsi münasibətimiz olub. Sonra digər qardaşım Akif Şəmkirdə iş olduğu üçün məni ora çağırdı. Əfsanəni də özümlə apardım”.
Təqsirləndirilən şəxs qonşularının polisə şikayət etdiyini vurğulayıb:
“Bir müddət sonra yas mərasiminə getdim. Orada qardaşım Akifin qonşusu Sevil adlı qadın Əfsanə ilə mənim münasibətimi öyrənib polisə şikayət etdi”.
Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, Əfsanəyə qarşı heç bir zor tətbiq etməyib, hər şey onun razılığı ilə olub.
Məhkəmə zalında ifadə verən zərərçəkmiş Ə.H deyib ki, dayısı ilə arasında baş verən bütün münasibət onun razılığı ilə olub:
“2022-ci ilin dekabrın sonunda dayım Xırdalanda yaşadığımız evə gəldi. Yeni ili bizimlə birlikdə qeyd etdi. Dayımla aramızda sevgi münasibəti yarandı. Könüllü olaraq dayımla cinsi əlaqədə olmuşam. Bu zaman anamın qeyri-rəsmi yaşadığı Elşad adlı şəxs bizi gördü. Hər ikimizi də evdən qovdu. Bir müddət sonra anamla aramızda problem yarandı. Gədəbəydə yaşayan dayıma zəng edib onun yanına getmək istədiyimi dedim. Dayım və nənəmlə bir müddət eyni evdə qaldıq”.
Məhkəmə üzvlərinin suallarını cavablandıran qız göstərib ki, təqsirləndirilən şəxslə könüllü olaraq cinsi əlaqədə olub, hazırda da ondan heç bir şikayət və tələbi yoxdur. Əfsanə məhkəmədən ona cəza verilməməsini xahiş edib. Məhkəmədə şahid qismində dindirilən ana deyib ki, əgər razılıq olsa, cütlüyü evləndirmək istəyib:
“9-cu sinifə qədər Gədəbəy şəhər 2 saylı məktəbdə təhsil aldım. Gədəbəy rayon sakini Vüsal adlı şəxslə evləndim, amma 3 ay evli olduqdan sonra ayrıldım. Təxminən 2-3 ay sonra Amid Cəfərovla evləndim. Ondan Əfsanə adlı qızım dünyaya gəldi. 2014-cü ildə Amid avtoqəzada həlak oldu. Əfsanəni tək böyütdüm. 2021-ci ilin payız aylarında Əfsanəni Gədəbəy rayonuna gətirib anam Elmiranın yanında qoyub, Bakıya qayıtdım. 2-3 gün sonra anam zəng edib Əfsanəni özü ilə birlikdə Tovuz rayonu Ceyrançöl qışlağına apardığını dedi. Təxminən 1 ay sonra Ceyrançölə gedib Əfsanəni Bakıya yanıma gətirdim. 3 ay sonra bacım Bakıya gəlib, Əfsanənin bir şəxslə cinsi əlaqədə olduğunu dedi. Əfsanə də bacımın dediklərini təsdiqlədi.
Bu barədə DİN-in 102 xidmətinə şikayət etdim. 2023-cü ilin iyun ayında qızım evdən qaçdı, 3-4 gün axtardıqdan sonra qardaşım telefonla zəng edib Əfsanənin Şəmkirdə olduğunu dedi”.
Razı olsaydılar, qardaşımla qızımı evləndirmək, onlara toy etmək istəyirdim:
“2-3 gün sonra Şəmkir polis şöbəsindən bir nəfər zəng edib “gəl, qızın Əfsanəni apar” dedi. Şəmkirə gəlib polis şöbəsindən qızımı götürüb Bakıya apardım. Bakı şəhərinə qayıtdıqdan sonra qardaşım Akif zəng edib, qonşularının Əfsanə ilə Rəşadın cinsi əlaqədə olduğunu ona bildirib. Əfsanədən bu barədə soruşanda Rəşadı sevdiyini və evlənmək istədiyini dedi. Zəng edib qardaşımla danışanda Əfsanəni sevdiyini və ailə qurmaq istədiyini bildirdi. Ona anamızla danışmasını, razı olsa, onlara toy etməyi təklif etdim. Qardaşım anamın razı olmadığını dedi. Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Sonda məhkəmənin yekun qərarı ilə R.H 6 il 5 ay 28 gün müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.