Helikopter qəzaya uğradı - ÇOX SAYDA ÖLÜ VƏ YARALI VAR
    • Bu gün, 15:42
    • 114

Helikopter qəzaya uğradı - ÇOX SAYDA ÖLÜ VƏ YARALI VAR

Pakistanın Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində “Mi-8” tipli helikopterin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, 6 nəfər həlak olub, 8 nəfər isə ağır yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. 

Çarter reysi həyata keçirən “Mi-8” tipli helikopter mühərrikində yaranan nasazlıq səbəbindən neft istehsal olunan sahəyə düşüb.

Helikopteri icarəyə götürən “Mari Petroleum Company”dən verilən açıqlamada qəzanın texniki nasazlıqlar səbəbindən baş verdiyi və bölgədəki təhlükəsizlik problemləri ilə bağlı olmadığı bildirilib.

Şirkətin əməkdaşlarını daşıdığı qeyd edilən helikopterdəki pilotların Rusiya vətəndaşları olduğu qeyd edilib.

Qəza ilə bağlı istintaq davam edir.

Teymur Məmmədov