Hərbi helikopter qəzaya uğradı - Ekipaj üzvləri öldü
    • 25-07-2024, 09:30
    • 154

Hərbi helikopter qəzaya uğradı - Ekipaj üzvləri öldü

Moskva yaxınlığındakı Kaluqa vilayətində Mi-28 tipli hərbi helikopterin qəzaya uğradı.

News24.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, Mi-28 model hərbi helikopter Kaluqa vilayətində planlaşdırılmış uçuş zamanı qəzaya uğrayıb.

Açıqlamada, yıxılan helikopterin ekipajının həyatını itirdiyi və "Vertolyotun boş bir yerə düşdüyü bildirilib. Hadisənin baş verdiyi yerdə heç bir ziyan yoxdur" deyildi.

İlkin məlumata görə, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb və Rusiya Hava-Kosmik Qüvvələri Komandanlığının komissiyası hadisə yerində araşdırma aparıb.

Qeyd edək ki, Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşa sosial media hesabından verdiyi açıqlamada Mi-28 model hərbi vertolyotun Kaluqanın Jizdrinski bölgəsində qəzaya uğradığını və səlahiyyətlilərin hadisə yerində iş apardığını bildirib.

Günel Məlikzadə