Azərbaycanda güclü partlayış: sakinlər təxliyə edildi
    • Bu gün, 20:41
    • 673

Azərbaycanda güclü partlayış: sakinlər təxliyə edildi


Sumqayıt şəhərində yanğınla nəticələnən partlayış baş verib.

News24 az xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sakinlər binadan təxliyə edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir. Araşdırma aparılır. (Report)