AXP Pənah Hüseynlə bağlı qərar verdi
    • 29-09-2024, 23:13
    • 930

AXP Pənah Hüseynlə bağlı qərar verdi


Bu gün Azərbaycan Xalq Partiyasının (AXP) İdarə Heyətinin iclası keçirilib.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, İdarə Heyəti AXP sədri P. Hüseynin sədrlikdə qalmaqda davam etməsinə, ona tam etimad ifadə edilməsi və ümumən siyasi partiya formasında və xüsusən partiya üzvlərinin mütləq əksəriyyəti üçün bu siyasi fəaliyyətin alternativsizliyi məzmununda qərar qəbul edilib.

Eyni zamanda İdarə Heyəti 2025-ci il ərzində (lakin bir ildən gec olmayaraq) AXP-nin növbədənkənar qurultayını çağırması haqqında AXP sədri P.Hüseynin təklifini qəbul edib və müvafiq qərar qəbul edib.

İclasda təşkilatın fəaliyyəti ilə bağlı digər məsələlər – vahid yeni üzvlük bileti formasının təsdiq və s. müzakirə edilərək qərarlar qəbul edilib.

Xatırladaq ki, Parlament seçkisindən dərhal sonra Pənah Hüseyn AXP sədrliyindən gedəcəyini demiş, hətta partiyanın buraxılacağı ilə bağlı açıqlama vermişdi. Bildirmişdi ki, o, AXP İdarə Heyətindən partiyanın buraxılmasını xahiş edəcək.