-
- 30-09-2024, 10:53
- 217
Polis əməkdaşını öldürən iki quldur edam edildi
İranda polis məmurunu öldürən silahlı soyğunçular ictimaiyyət qarşısında edam edilib.
2020-ci ilin dekabrında Mərkəzi vilayətin Xomeyn rayonunda silahlı quldurluq etdikdən sonra onlara müdaxilə edən polis məmurunu öldürən iki nəfər üçün məhkəmənin verdiyi edam hökmü icra edilib.
News24.az bu barədə İran Agentliyinə istinadən xəbər verir.
Qərar Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra iki məhbusa verilən ölüm hökmü Xomeyndə açıq şəkildə icra edilib.
Məryəm İlhamqızı