“Yanındakı aparıcı qızı hansısa axmağın maşınında görmüşəm” - Video
    • Bu gün, 11:39
    • 172

“Yanındakı aparıcı qızı hansısa axmağın maşınında görmüşəm” - Video

Teleaparıcı Elgiz Əkbər aparıcı olmaq üçün ARB telekanalına müraciət edən gənclərə xəbərdarlıq edib.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə öz proqramında danışan E.Əkbər aparıcı olmaq istəyən qızın şəxsi həyatından söz açıb:

“Heç kəsin şəxsi həyatına qarışmaq olmaz, doğrudur, amma mənim yanıma aparıcı olmaq üçün gələn qızın şəxsi həyatı mənə maraqlıdır. İstəmirəm ki, sabah mənə zəng edib desinlər ki, yanındakı aparıcı qızı hansısa axmağın birinin maşınında görmüşəm, şəhərdə fırlanır. Mən həmin dəqiqə o qızı qovacağam, mənə elə qız lazım deyil. socar vakansiya

Belə şeyləri həyatı boyu qəbul etmərəm. Kimsə gəlib 2 saat yanımda oturub gedir məsələsi deyil. Biz kiməsə görə kimisə yetişdirmirik! Yəqin ki, məni başa düşdünüz”.