-
- 29-11-2018, 10:55
- 1 325
“Hansısa ifaçı mənə deyə bilər ki, gəl süni qalmaqal edək?” - Elgiz
Aparıcı Elgiz Əkbər maraqlı açıqlamalar edib.
News24.az xəbər verir ki, verilişində süni qalmaqal yaratdığı deyilən aparıcı söz-söhbətlərə son qoyub:
“Tam səmimi deyirəm ki, reytinq üçün xüsusi qalmaqal hazırlamaq kimi bir fikrim olmur. Nəzərə alsaq ki, verilişə çağırdığım qonaqlar tanınmış və insanlardır, yaşımın bu vaxtında mənə belə hərəkər etmək yaraşmaz.
Boynuma alıram ki, 10 il bundan əvvəl müğənniyə qalmaqal təklif edə bilərdim. Amma indi hansısa ifaçı mənə deyə bilər ki, gəl süni qalmaqal edək?
Verilişdə baş verən situasiyaların hamısı təbiidir. Çalışıram ki, hər şey normasında olsun. İnsanlar artıq qalmaqalı sevmir. Bu insnalarda nifrət, ikrah hissi yaradır. Sosial şəbəkələrdə çox aktivəm. Verilişlərdən görüntülər paylaşanda görürəm ki, əgər qalmaqal varsa çox pis tənqid olunur”.
Aparıcı reytinqləri alt-üst edən “Maşın” şouya təklif aldığını da deyib:
““Maşın” realiti şousu insanları ekranların qarşısına yığan şoulardandır. Əgər bu qədər maraq varsa niyə yox? Böyük məmnuniyyətlə iştirak edərdim. Bəli, neçə ildir təklif alıram, amma iş prinsipimlə üst-üstə düşmür. Yəqin ki, nə vaxtsa təqaüdə çıxanda gedib “Maşın” şouda oturaram”.
E.Əkbər son zamanlar televiziyaların tənqid olunmasına fikir bildirib:
“Son illər insanların televiziyalardan gözləntiləri çoxalıb. Nə baş verirsə televiziyanı günahlandırırlar. Birinin əhvalı yoxdursa ya problemləri varsa o dəqiqə dişinin dibindən çıxanı televiziyaya deyir. Ona görə də tənqid edənlərin əlinə bayram vermək lazım deyil”.
Günün çox hissəsini işdə keçirən Elgiz Əkbər ailəsi haqda da danışıb:
“Mən hər şeyi gözəl planlaşdırmışam. Madiyyat ailənin möhkəmliyi üçün çox önəmlidir. Buna görə də işin iş, ailənin isə ailə yeri var. Mən çalışmasam, qazanmasan necə olar? Bu səbəbdən də işləmək və boş vaxtını ailə ilə keçirmək lazımdır”.
Teymur MƏMMƏDOV