Yunanıstan şahzadəsi 6 ildən sonra evləndi
    • Bu gün, 12:00
    • 94

Yunanıstan şahzadəsi 6 ildən sonra evləndi

Yunanıstan şahzadəsi Teodora amerikalı hüquqşünas Metyu Kumarla evlənib.

News24.az xəbər verir ki, Afina Böyükşəhər Katedralində keçirilən toyda şahzadənin yaxın dostları və ailəsi iştirak edib. 

Aktrisa kimi də tanınan 41 yaşlı şahzadə Teodora 6 il nişanlı olduğu Kumar ilə toyunu Covid epidemiyası və atası Kral Konstantinin ölümü səbəbindən iki dəfə təxirə salmalı olub.

Şahzadə Instagram mesajında "Xoşbəxtliyimi və həyəcanımı ifadə etməyə söz tapa bilmirəm. Bu gözəl insanla evlənmək üçün səbirsizlənirəm" deyib.

Qeyd edək ki, Yunanıstanın sonuncu kralı II Konstantin ötən il 82 yaşında vəfat edib. 1964-cü ildə taxta çıxan və Yunanıstanın ən keşməkeşli dövrlərində ölkəni idarə edən Konstantin 1967-ci ildəki hərbi çevrilişdən sonra ölkədən qaçıb. Sonuncu Kral 1973-cü ilə qədər, xunta hökuməti monarxiyanı ləğv edənə qədər Romada sürgündə yaşayıb.

Məryəm İlhamqızı