-
- 30-09-2024, 12:31
- 225
Bu ölkələrin sərhədləri DƏYİŞDİ
Avropada İsveçrə və İtaliyanın sərhədləri dəyişib.
News24.az xəbər verir ki, iki ölkə Matterhorn sammitində müəyyən edilən sərhədin dəyişdirilməsi ilə bağlı razılığa gəlib.
Əriyən buzlaqlar iki qonşu ölkəni bu qərarı verməyə məcbur edib və xəritə yenidən tərtib edilib.
Qeyd edək ki, qlobal iqlim dəyişikliyi səbəbindən Avropada buzlaqlar sürətlə əriyir.
Guardian qəzetində yer alan xəbərə görə, İsveçrə hökuməti ölkə sərhədinin əhəmiyyətli hissəsinin buzlaqlar tərəfindən müəyyən edildiyini və ərimə səbəbiylə belə bir dəyişikliyin olduğunu bildirib.
Bloomberg-in xəbərinə görə, bu dəyişiklik Zermattdakı xizək kurortuna da təsir edəcək.
Bildirilib ki, dəyişikliklər 2023-cü ilin may ayı üçün komissiya tərəfindən qəbul edilib və ötən cümə günü rəsmən təsdiqlənib.
Qərarın İtaliyanın imzasına qaldığı qeyd olunub.
Məryəm İlhamqızı