-
- 16-08-2024, 20:58
- 327
Yüksək temperatur buzlaqları rekord səviyyədə əritdi
NASA İqlim Xidməti dünən Norveçin Svalbard arxipelaqındakı buzlaqların yüksək temperatur səbəbindən rekord səviyyədə əriməyə başladığını açıqlayıb.
News24.az xəbər verir ki, açıqlamada belə deyilib:
“Yayın yüksək temperaturu Norveç arxipelaqında buzlaqların rekord dərəcədə əriməsinə səbəb olub. Dünyanın ən şimalındakı bəzi buzlaqların yerləşdiyi Svalbard planetin ən sürətlə istiləşən yerlərindən biridir. Buzlaqlar iyulun 23-də bütün zamanların gündəlik səth əriməsi rekordunu qırıb”
Norveçin Svalbard arxipelaqı qlobal orta göstəricidən 6 dəfə daha sürətlə istiləşir. Alimlərin fikrincə, qütb ayılarının risk altında olduğu Svalbard iqlim dəyişikliyinin ən aydın şəkildə müşahidə edildiyi bölgədir.
Məryəm İlhamqızı