İsrail mətbuatı yazıb: Ordu quru əməliyyatına hazırlaşır
    • 30-09-2024, 15:14
    • 287

İsrail mətbuatı yazıb: Ordu quru əməliyyatına hazırlaşır

İsrail ordusunun tankları İsrailin şimalında, Livan sərhədinə yaxın Yuxarı Qaliley bölgəsinə yerləşdirilib.

News24.az İsrail mətbuatında çıxan xəbərlərə istinadən bildirir ki, İsrailin müdafiə naziri Yoav Gallant Livanda Hizbullaha qarşı mümkün quru əməliyyatına işarə edib.

Qallantın Livan sərhədi yaxınlığındakı zirehli birləşmələrə verdiyi sözləri müxtəlif xəbər mənbələri sitat gətirib.

Xəbərdə Gallant, “Nəsrullahı aradan qaldırmaq mühüm bir addımdır, lakin bu, son deyil. Şimalda yaşayanların təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etmək üçün siz də daxil olmaqla bütün resurslarımızı səfərbər edəcəyik” deyib.

Eyni zamanda, Livanın baş naziri Nəcib Mikati dərhal atəşkəsə sadiqliyini təkrarlayıb və ordunu Litani çayının cənubuna yerləşdirməyə hazır olduqlarını bildirib.

İsrailin xarici işlər naziri İsrael Katz bu gün verdiyi açıqlamada Tel-Əvivin Livanda atəşkəsi qəbul etməyəcəyini bildirib.

Katz əlavə edib ki, Livanda atəşkəs üçün yeganə məqbul yol Hizbullahı Litani çayından kənara çıxararaq tərksilah etməkdir.

Günel Məlikzadə