Qəzzada ölənlərin sayı 41 min 615-ə yüksəldi
    • Dünən, 22:07
    • 61

Qəzzada ölənlərin sayı 41 min 615-ə yüksəldi

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda daha 20 fələstinlinin həyatını itirdiyi, 108 fələstinlinin isə yaralandığı bildirilib.

News24.az xəbər verir ki, bu baradə Qəzza Səhiyyə Nazirliyindən məlumat verilib.

Hücumlarda həyatını itirənlərin sayı 41 min 615-ə, yaralıların sayı isə 96 min 359-a yüksəlib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Günel Məlikzadə