Qəzzada can itkisi 41 mini keçdi
    • Bu gün, 15:41
    • 49

Qəzzada can itkisi 41 mini keçdi

Qəzzada Səhiyyə Nazirliyindən İsrailin Qəzza zolağına 342 gündür hücumları ilə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində “3 qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 34 fələstinlinin həyatını itirdiyi, 96 fələstinlinin isə yaralandığı bildirilib.

Ölənlərin sayının 41 min 118-ə, yaralı sayının isə 95 min 125-ə yüksəldiyi qeyd edilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.


Günel Məlikzadə