Qəzzada can itkisi 39 min 965-ə yüksəldi
    • 14-08-2024, 14:35
    • 199

Qəzzada can itkisi 39 min 965-ə yüksəldi

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 313 gündür hücumları ilə bağlı məlumat verilib.

News24.az TRT-yə istinadən xəbər verir ki, açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 2 qırğın törətdiyi, bu hücumlarda daha 36 fələstinlinin həyatını itirdiyi, 54 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 39 min 965-ə, yaralıların sayı isə 92 min 294-ə yüksəlib.

Qeyd edək ki, dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Günel Məlikzadə