Marketdə bıçaqlı hücum: yaralılar var
    • Bu gün, 18:28
    • 176

Marketdə bıçaqlı hücum: yaralılar var

Maltepedə marketdə qonşular arasında naməlum səbəbdən mübahisə düşüb. 

News24.az xəbər verir ki, mübahisə qısa zamanda bıçaqlı davaya çevrilib.

İki qrup arasında çıxan davada 5 nəfər yaralanıb. Xəbər üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. 

Hadisə yerinə gələn sağlamlıq qrupları yaralıları təcili yardım maşını ilə xəstəxanaya çatdırıb. Xəstəxanada müalicə alan yaralılardan birinin vəziyyətinin ağır olduğu və müalicəsinin reanimasiyada davam etdiyi, digər 4 yaralının vəziyyətinin yaxşı olduğu öyrənilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Məryəm İlhamqızı