Şagirdlərin davası qanla bitdi
    • 7-05-2024, 16:37
    • 159

Şagirdlərin davası qanla bitdi

Türkiyədə orta məktəb qarşısında naməlum səbəbdən məktəbdən çıxan iki qrup lisey şagirdi arasında mübahisə düşüb. Mübahisə təpik, yumruq və bıçaq zərbələri ilə davaya çevrilib.

News24.az xəbər verir ki, dava zamanı Əli U. (16) qarnından bıçaqla, Mazlum S. (16) və Doğan S. (16) isə başlarından və müxtəlif yerlərindən təpik, yumruq zərbələri ilə yaralanıb.

Xəbər üzərinə hadisə yerinə tibb və polis işçiləri sövq edilib. 

Yaralılardan Əli U.-nun həyati təhlükəsinin olduğu öyrənilib. Bəzi tələbələr ifadələrinin alınması üçün polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə