"ABŞ-ni hələ də Obama idarə edir
    • 1-10-2024, 08:11
    • 283

"ABŞ-ni hələ də Obama idarə edir"

"ABŞ-ın keçmiş prezidenti Barak Obama hələ də ölkəni idarə edir və “Demokratlar Partiyası”ndan prezidentliyə namizəd Kamala Harrisin noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə, mühüm rol oynayacaq". 

News24.az xəbər verir ki, bunu Barak Obamanın ögey qardaşı Malik Obama “The New York Post” qəzetinə müsahibəsində bildirib.

"O, hələ də “Demokrat Partiyası”nı və ölkəni bağlı qapılar arxasında idarə edir. Əgər onlar (demokratlar) qalib gəlsələr, o, böyük təsirə malik olacaq", - deyə Malik Obama deyib.

Onu da qeyd edək ki, M.Obama qardaşının hazırkı Amerika lideri Co Baydenin seçki yarışından geri çəkilməsi ilə əlaqəsi olduğuna inandığını ifadə edib, həmçinin Harrislə gündəlik əlaqə saxlayır.

Teymur Məmmədov