Nazir rektorun oğluna yüksək vəzifə verdi
    • 1-10-2024, 10:00
    • 361

Nazir rektorun oğluna yüksək vəzifə verdi

Ədliyyə naziri Fərid Əhmədov Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğlu Mehdi Abdullayevə yeni vəzifə verib.

News24.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Mehdi Abdullayev Bələdiyyələrlə İş Baş İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Mehdi Abdullayev Ədliyyə Nazirliyinin ləğv edilən Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb.