Pezeşkian Xamenei arasında nə baş verir?
    • 1-10-2024, 10:13
    • 736

Pezeşkian Xamenei arasında nə baş verir?

Sistemin ümumi siyasətləri, müharibə və sülh məsələləri barədə qərar vermək Xameneinin səlahiyyətindədir, Pezeşkian isə ona tabedir və heç vaxt onun əmrlərinə qarşı çıxmaz.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian özünün X hesabında yazıb.

O, prezidentin Xameneinin qisas və müharibə göstərişlərinə qarşı çıxması barədə təbliğatın İsraildən qaynaqlandığını iddia edib.

Qeyd edək ki, Tehranın İran parlamentindəki nümayəndəsi Əmir Hüseyn Sabiti Məsud Pezeşkianın Əli Xameneinin göstərişlərinə əməl etmədiyi barədə bəyanat səsləndirib.