Şagirdləri daşıyan avtobus yandı - ÇOX SAYDA ÖLƏN VAR
    • Bu gün, 12:28
    • 107

Şagirdləri daşıyan avtobus yandı - ÇOX SAYDA ÖLƏN VAR

Tailandda 38 şagird və 6 müəllimin olduğu avtobus yanıb.

News24.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, ilkin hesablamalara görə, hadisə nəticəsində azı 20 nəfər həyatını itirib.

Ölkənin Daxili İşlər naziri Anutin Çarnvirakul da hadisə yerində araşdırmaların davam etdiyini və ölənlərin sayını hələlik təsdiq edə bilmədiklərini bildirib.

Çarnvirakul sağ qalanların sayına görə 20 nəfərin öldüyünü düşündüklərini deyib. 

Şagirdlərin yaşları və digər təfərrüatlar barədə hələlik məlumat verilməyib. 

Teymur Məmmədov