Faciəvi ölüm: Qadın 20 inəyin altında əzildi
    • Bu gün, 12:54
    • 66

Faciəvi ölüm: Qadın 20 inəyin altında əzildi

İtini gəzdirən 55 yaşlı Allison Payne 20 inəyin ona hücumu nəticəsində faciəvi şəkildə ölüb.

News24.az xəbər verir ki, dəhşətli hadisə İngiltərənin Qərbi Susseks bölgəsində baş verib. 

Məhkəmə ekspertləri Peynin ölüm səbəbinin çoxsaylı daxili xəsarətlər və inəklər tərəfindən tapdalanması olduğunu müəyyən ediblər.

Qeyd edək ki, 55 yaşlı qadının girdiyi yolda buzovlu inəklərin aqressiv ola biləcəyini bildirən bəzi işarələrin olduğu müəyyən edilib.

Günel Məlikzadə