-
- 1-10-2024, 13:39
- 258
Qurban Qurbanov niyə məyusdur? - VİDEO
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov keçirdiyi son mətbuat konfransında Azərbaycan bölgələrində komandaların azlığından məyus olduğunu gizlətməyib.
News24.az qol.az-a istinadla xəbər verir ki, o bildirib ki, hadisələrə real baxmaq lazımdır: "Bu gün komanda sayını çoxaltmağa gücümüz yoxdursa... Sponsor tapa bilmiriksə, danışmaqla düzələn deyil. Futbolu millətimizə sevdirməliyik. Bu gün Ehtiram Quliyevə təşəkkür edirəm. İmkanı var, komanda yaradıb, nəsə Azərbaycan futboluna fayda vermək istəyir. Belə insanların sayı çox olmalıdır. Ya tələb olunmalıdır, ya da dövlət səviyyəsində nəsə olmalıdır".
Q.Qurbanov onu da deyib ki, çempionatda 16-18 komanda olmasını çox istəyir: "İstəyirdim ki, komanda bir gün Bakıda, bir gün Lənkəranda, bir gün Zataqalada, Gəncədə oynasın. Onda futbolun başqa ləzzəti olacaq. Futbol daha çox seviləcək. Bakının içindəyik, 2-3 dəfə kənara çıxırıq".
Q.Qurbanov üzgün olduğunu da gizlətməyib. O deyib: "Özüm də üzgünəm, bəlkə də düşündüklərimi, istədiklərimi həyata keçirə bilmirəm. Çox ağır söhbətdir. Ətrafında çox danışmaq olar. Ümid edək ki, yaxşı olacaq".
Mətbuat konfransında Q.Qurbanovun səsləndirdiyi fikirlərin yer aldığı video