Qurban Qurbanov “Qarabağ”dan istefa ərizəsini niyə yazmışdı?
    • 4-03-2024, 15:19
    • 659

Qurban Qurbanov “Qarabağ”dan istefa ərizəsini niyə yazmışdı?

2012-ci ildə “Qarabağ” AZAL-a 6:2 hesabla məğlub olanda Qurban Qurbanov istefa ərizəsi yazdı. Həmin oyunda uğursuzluq olsa da, rəhbərliyin ona böyük inamı vardı. Qurban Qurbanovun bu addımından sonra komanda silkələndi və özünə gəldi.

News24.az konkret.az-a istinadla bildirir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov “Qarabağ FK – 30 mövsüm səfərdə” filmində deyib.

Bədavi Hüseynov bildirib ki, “Qarabağ” ölkə çempionu olanda Qurban Qurbanovun ilk dəfə ağladığının şahidi olub: “O zaman göz yaşını gördük. Bu, nadir hadisə idi”.