Qurban Qurbanov mükafatlandırıldı
    • 19-12-2023, 11:56
    • 591

Qurban Qurbanov mükafatlandırıldı

"Komanda.az" saytının jurnalistlər arasında keçirdiyi sorğuda 2023-cü ilin məşqçisi seçilən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.

News24.az axar.az-a istinadən bildirir ki, təbirdə futbol ictimaiyyətinin nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər.

51 yaşlı mütəxəssis 66 jurnalist arasında təşkil olunan səsvermədə 56 səslə birinci olub.

O, 2009-cu ildən bu yana keçirilən sorğuda hər il bu mükafata layiq görülüb.