Dəhşətli qəza: Yük maşını ağaca çırpıldı
    • Dünən, 23:37
    • 65

Dəhşətli qəza: Yük maşını ağaca çırpıldı

Sakaryada yük maşını yağış səbəbindən sürüşkən olan yolda idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

News24.az xəbər verir ki, yük maşınının sürücüsü avtomobildə ilişib qalarkən hadisə yerinə polis, yanğınsöndürmə briqadası və həkim briqadası göndərilib. 

Yanğınsöndürənlər tərəfindən sıxıldığı yerdən xilas edilən sürücü təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə