-
- 1-10-2024, 18:00
- 154
ABŞ-dən Youtube-a qarşı məhkəmə iddiası
ABŞ-nin Arkanzas ştatı YouTube-un qəsdən asılılıq yaratdığını və psixi sağlamlıq problemlərini artırdığını vurğulayaraq ona qarşı iddia qaldırıb.
News24.az xəbər verir ki, Dövlət Baş Prokurorluğu platformanı dövlət biznes təcrübələrini və ictimai maraq qanunlarını pozmaqda ittiham edərək YouTube-u məhkəməyə verib.
Müraciətdə platformanın asılılıq yaratdığı və dövlətin gənclər üçün psixi sağlamlıq və digər xidmətlərə milyonlarla dollar xərcləməsinə səbəb olduğu iddia edilib.
İddia ərizəsində YouTube-un zərərli faktorları artırdığına diqqət çəkilərək, "Nəticədə sosial medianın və xüsusilə YouTube-un böyüməsi ilə əlaqədar gənclərin psixi sağlamlıq problemləri artıb" ifadələrdən istifadə edilib.
Qeyd edək ki, ötən il Arkanzas ştatı TikTok və Facebook-un ana şirkəti olan Meta-ya qarşı, uşaqların təhlükəsizliyi və istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı istehlakçıları çaşdırdığını iddia edərək, oxşar iddialar qaldırıb.
Məryəm İlhamqızı