-
- 1-10-2024, 18:54
- 177
İsrail kəşfiyyat əməliyyatına başladı – Azərbaycan üçün təhlükə
İsrail Müdafiə Qüvvələri Livanda xüsusi təyinatlıların da iştirak etdiyi kiçik quru missiyalarını əhatə edən kəşfiyyat əməliyyatlarına başlayıb.
Məlumata görə, İsrail ordusu tanklarla Livanın cənubuna doğru irəliləməyə başlayıb.
İsrailin Livana daxil olması Azərbaycan və Cənubi Qafqaz üçün nə vəd edir?
News24.az bildirir ki, Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, İsrailin Livan ərazisində təhlükəsizliyini təmin etmək məqsədilə bağlı əməliyyatlar keçirməsi öz maraqlarına xidmət edir:
“Dünyada müharibələrin yekunlaşması, gərginliyin bitməsi bütün ölkələrin iqtisadiyyatına, dövlətlər arasında əməkdaşlıqların inkişaf etdirilməsinə, iqtisadi əlaqələrin güclənməsinə, təhlükəsizliyin təmin olunmasına və s. çox böyük töhfədir. İsrail Azərbaycanla tərəfdaş dövlətdir.
Livan ərazisində İsrailin, İsraildəki Azərbaycan diasporunun təhlükəsizliyinin təmin edilməməsi Cənubi Qafqaza mühüm ismarışdır. İranın Cənubi Qafqaza təsirinin azalmasına səbəb ola bilər. Eyni zamanda burada fəaliyyət göstərən İran yönümlü qüvvələrin qarşıdurmalar, iğtişaşlar yaratmasının qarşısının alınmasına təsir göstərməsi də istisna edilmir. Bir sözlə, bu, Cənubi Qafqazda pozucu qüvvələrin neytrallaşması, sıradan çıxması yaxud da zəifləməsinə səbəb ola bilər”.