-
- 1-10-2024, 08:34
- 169
İsrail ordusu Livanın cənubunda quru əməliyyatına başladı
İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud quru əməliyyatına başladığını bildirib.
News24.az TASS-a istinadən xəbər verir ki, əməliyyatın hədəfləri “Hizbullah” silahlı birləşmələrinin obyektləridir.
"Siyasi rəhbərliyin qərarına uyğun olaraq, bir neçə saat əvvəl İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "Hizbullah" terror qruplaşmasının hədəfləri və infrastrukturuna qarşı dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq məhdud, lokal və hədəfli quru reydləri həyata keçirib. Bu hədəflər sərhədə yaxın olan kəndlərdə yerləşir və İsrailin şimalındakı yaşayış məntəqələri üçün birbaşa təhlükə yaradır”, - deyə məlumatda bildirilib.
Teymur Məmmədov