-
- 2-10-2024, 19:44
- 264
Cərrah görün nə etdi - DƏHŞƏT
İngiltərənin cənub-şərqində yerləşən Susseks şəhərindəki universitet xəstəxanasında təcili əməliyyat zamanı xəstənin sinəsini açmaq üçün steril neştər tapa bilməyən cərrahın naharda meyvə doğramaq üçün yanında saxladığı cib bıçağından istifadə etdiyi məlum olub.
News24.az xəbər verir ki, universitet xəstəxanasının rəsmiləri əməliyyatın təcili olduğunu, lakin cərrahın hərəkətlərinin "normal prosedurlardan kənar və lazımsız" olduğunu söyləyib.
Cərrahın səhlənkarlığının şahidi olan həmkarları vəziyyətdən dəhşətə gəldiklərini, cib bıçağının steril cərrahiyyə aləti olmadığını və əməliyyat başlamazdan əvvəl əməliyyat otağında bütün avadanlıqların hazır olması lazım olduğunu bildiriblər.
Polis xəstəxanada ən azı 105 tibbi səhlənkarlıq və adam öldürmə ittihamı ilə bağlı araşdırma başlatdıqlarını bildirib.
Bunların arasında "xəstələrin qeyri-kafi baxım səbəbindən yaralanması və ölməsi, bir qadın xəstənin əməliyyatdan sonra ağırlaşmalar səbəbiylə ölməsi, eyni cərrahın iki ayda üç aşağı riskli əməliyyat keçirməsi və üç xəstənin əməliyyatdan qısa müddət sonra ölməsi" kimi iddiaların olduğu bildirilib. .
Məryəm İlhamqızı