-
- 2-10-2024, 23:26
- 342
"Qarabağ"ın daha bir futbolçusu oyunu buraxacaq
"Qarabağ"ın futbolçusu Mateus Silva Avropa Liqasının Liqa mərhələsində sabah "Malmö" (İsveç) ilə keçiriləcək oyunu buraxacaq.
News24.az QOL.az-a istinadla xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov oyunqabağı keçirdiyi mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 8-ci turunun “Sabah”la görüşündə zədələnib braziliyalı müdafiəçinin bir neçə oyunda iştirak etməyəcəyini bildirib: "Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Çoxdan idi ki, əsas heyətdə oynamırdı. "Sabah"la matçda bəlkə də çox oynadı. Həmin görüşdə 60-65 dəqiqə oynamalı idi. Amma gedişata görə uzandı. Bu gün və sabah vaxtımız var. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də futbolçu üçün".
Xatırladaq ki, "Qarabağ"ın daha bir cinah müdafiəçisi Marko Veşoviç də zədədən əziyyət çəkir.
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Malmö" matçı saat 20:45-də başlayacaq.