-
- 18-10-2024, 03:56
- 398
Yumurta uşağın inkişafı üçün vacibdir - Bəs hər gün yeyə bilər?
Yumurta insan üçün ən əhəmiyyətli protein qaynaqlarından biridir. Onun tərkibindəki zülalın miqdarı çox yüksəkdir və insan mədəsi bunun yüz faizini həzm edib istifadə edə bilir.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyədə uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. Şirin Seçkin deyib.
Onun sözlərinə görə ətin tərkibindəki zülalın tərkibində də dəmir var və buna görə də onu həzm etmək və udmaq daha çətin olur.
Yumurtanın uşaqların qidalanmasında çox əhəmiyyətli olduğunu deyən Seçkin, zülalın əvəzolunmaz bir element olduğunu deyib.
"Uşaqlar böyüyür və inkişaf edir, ona görə də hər gün müəyyən miqdarda zülal qəbul etməlidirlər. Bunun üçün də yumurta uşaqlar üçün əhəmiyyətli bir qida qaynağıdır.
Körpələr 6 aydan sonra yumurta yeyə bilər, amma ilk olaraq yumurtanın sarısı ilə başlamalıyıq. Bir neçə aydan sonra heç bir problem olmadığını görəndə ona yumurtanın ağını da verməyi tövsiyə edirik. Uşaqlar hər gün bir yumurta yeyə bilər.", o deyib.
Yumurtanın tərkibində 78 kalori var. 6 qram protein, 5 qram yağ və 180 mq xolesterin var. Yumurtanın sarısı daha çox proteinlə zəngindir.
Həkim həmçinin orqanik yumurtalara üstünlük verilməli olduğunu deyib. O həmçinin bildirib ki, yemək bişirərkən, yumurtanın sarısının çox bərkiməməsinə diqqət etmək lazımdır, çünki çox bişdiyi zaman tərkibindəki faydalı yağlar zərərli yağlara çevrilir və onun qida dəyəri itir.