-
- 3-10-2024, 05:09
- 466
Xalid Məmmədov faciəvi şəkildə öldü
Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 2-də saat 18:00 radələrində Mingəçevir şəhərində Əlzamin Quliyev idarə etdiyi “Lada Vesta” markalı avtomobillə yolu keçən piyada, 1954-cü il təvəllüdlü Xalid Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.