-
- 3-10-2024, 16:19
- 435
Məşhur xanım bloger saxlanıldı - 250 MİLYON QANUNSUZ KÖÇÜRMƏ... - FOTO
Rusiyalı bloger Valeriya Çekalina (Lerçek) və onun keçmiş həyat yoldaşı saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, onlarla birlikdə kosmetika ticarəti şirkətinin həmtəsisçisi Roman Vişnyak da 48 saatlıq saxlanılıb.
Çekalinlərə qarşı “saxta sənədlərdən istifadə etməklə qeyri-rezidentlərin hesablarına valyuta köçürmə əməliyyatları həyata keçirmə” maddəsi ilə cinayət işi açılıb.
Onları 10 ilə qədər həbs gözləyir. Valeriya Çekalinanın evində axtarışlar aparılıb.
Ümumilikdə, onlar xaricə qanunsuz olaraq 251 milyon rubl köçürüblər.
Teymur Məmmədov