Yaşlanmağı gecikdirmək mümkündür?
    • 3-10-2024, 21:58
    • 338

Yaşlanmağı gecikdirmək mümkündür?

Alimlər Nobel mükafatlı CRISPR/Cas9 genomu redaktə texnologiyası ilə siçanların beyinlərində kök hüceyrə istehsalını artırıblar.

News24.az xəbər verir ki, ABŞ-ın müxtəlif universitetlərindən bir araya gələn tədqiqatçılar qocalmaqla yeni hüceyrələrin istehsalını gecikdirən genlərdə düzəlişlərin edilməsinin köhnə siçanlarda kök hüceyrə istehsalının artmasına səbəb olduğunu aşkar ediblər.

CRISPR/Cas9 genom redaktə texnologiyası ilə siçanların təxminən 23 min genində dəyişiklik edən tədqiqatçılar, siçanların metabolizminə təsir edən 300 fərqli genin kök hüceyrə qocalmasında rol oynadığını müşahidə ediblər.

Gənc və yaşlı siçanların beyninin subventrikulyar bölgəsindəki hüceyrələrdəki genlərin kök hüceyrələrin istehsalında xüsusilə əhəmiyyətli olduğunu aşkar edən tədqiqatçılar, bu genlərdəki tənzimləmələrin neyronlarda kök hüceyrə istehsal sürətini artırdığını ortaya qoyublar.

Tədqiqatçılar, bu genlərin ən əhəmiyyətlilərindən biri olan "Slc2a4" adlı genin redaktə edilməsinin hüceyrələrin qlükoza istehlakının miqdarını azaltdığını və bu tənzimləmənin hüceyrələrin çoxalma qabiliyyətini artırdığını təsbit edib.

Onu da qeyd edək ki, aaşdırma "Nature" jurnalında dərc olunub.

Günel Məlikzadə