-
- 19-06-2019, 17:50
- 699
Azərbaycan Mədəniyyət Nazirliyili ilkə imza atıb
İyunun 19-da Mədəniyyət Nazirliyində struktur bölmələrin iştirakı ilə kollegiya iclası keçirilib.
News24.az xəbər verir ki, iclası açıq elan edən Əbülfəs Qarayev gündəlikdə duran məsələlər barədə məlumat verib. Nazir bildirib ki, gündəliyə ölkəmizdə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı istiqamətində görüləcək işlər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2016-cı il tarixli, 208 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na əsasən, daşınar mədəniyyət sərvətlərinin qeydiyyata alınması vəziyyəti haqqında və Azərbaycan Respublikası dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, dövlət siyahısının hazırlanması, bu istiqamətdə qarşıda duran vəzifələr və görüləcək tədbirlər daxil edilib.
Sonra gündəlikdə duran birinci məsələ - Azərbaycan Respublikasında yaradıcı və mədəniyyət sənayelərinin inkişafı istiqamətində görüləcək işlərlə bağlı Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadənin məruzəsi dinlənilib. Diqqətə çatdırılıb ki, sözügedən məsələ ilk dəfədir ki, müzakirə olunur. Çünki bu istiqamətdə təkcə nazirliyin strukturunda olan idarələr deyil, sahənin bütün iştirakçıları dövlət və özəl tərəfdaşlar mədəniyyət biznesi və mədəniyyət sənayesinin formalaşmasında iştirak edir. Bu sahə müasir dövrün əsas trendlərindən biridir: “Uzun müddət biz öz fəaliyyətimizdə işin təkmilləşməsinə yönəldilmiş addımlar atmışıq. Bu gün dünyada mədəni sənaye sahəsində iş yerlərinin açılması digər sahələrdən daha çoxdur. Çünki bu sahə az sərmayə tələb edir və əhalinin bütün təbəqələrinə təsir göstərmək imkanına malikdir. Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq əlaqələr və innovasiyalar sektoru xarici ekspertlərin iştirakı ilə mədəni sənayelərin təhlilini aparıb. Təhlil hesabatı dövründə mədəniyyət sahəsində indikatorların çatışmazlığı problemləri ilə rastlaşdıq. Bu o deməkdir ki, mədəniyyət sahəsində bütün struktur, fərd və təşkilatların statistikası toplanmır. Bununla bağlı artıq bir neçə əlaqədar qurumlarla danışıqlar aparılıb. Mədəniyyət biznesinin dövlətin ümum daxili məhsulunda rolu sənədlərlə öz əksini tapmalıdır. Bu işin həlli istiqamətində Vergilər Nazirliyi ilə müvafiq iş aparılır”.
Şöbə müdiri qeyd etdi ki, mədəniyyət sənayesinin formalaşmasında digər vacib istiqamət bu sahənin brendləşdirilməsidir: “Brendləşmə nazirliyin strukturlarında kənar müəssisələrin, biznes strukturlarının vahid bir şüar altında şəbəkələşməsinə kömək edə bilər. Bunun üçün artıq kreativ Azərbaycan brendinin yaradılması istiqamətində iş gedir və loqonun ilkin variantı hazırlanıb. Bu sahədə aparılan işlər bütün sahələri əhatə edərək dərin tərəfdaşlığa yardımçı olacaq”.
Vasif Eyvazzadə Mədəniyyət Nazirliyinin ilk dəfə olaraq respublika innovasiya müsabiqəsinin tərəfdaşı seçildiyini dedi: “Bu bizə cəmiyyətdə hər bir yaradıcı fərdin təfəkkürünü və biznes ideyasını öyrənməyə imkan yaradır. Həmçinin ilk dəfə olaraq nazirlik yaradıcı sənayelər üzrə beynəlxalq “Creative Business Cup (CBC)” proqramına qoşulub. Bu, beynəlxalq proqramdır və bütün sahələri əhatə edir. Biz bu prosesdə iştirakla universitet və gənclər arasında konkret sahələr üzrə ideyaları müəyyənləşdirmək imkanı qazandıq. Bu proqrama qoşulmaqla builki milli müsabiqənin qalibi olduq və iyun ayının sonunda Kopenhagendə keçiriləcək qlobal müsabiqədə iştirak edəcəyik”.
Şöbə müdiri diqqətə çatdırdıb ki, mədəniyyət sahəsində sənayeləşmə və biznes barədə əhali arasında maarifləndirmə aparılmalı və bu proseslər insanlara açıq şəkildə izah edilməlidir. Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanununda da mədəniyyət sənayesi və dövlət-özəl tərəfdaşlıq məsələsi öz əksini tapıb. Bu məsələlərlə bağlı təlimlər keçirilməlidir. Bir sıra müasir çağırışlara cavab verən bacarıqların tətbiqinə də ehtiyac duyulur. Daha sonra bu sahədə həyata keçirilən digər layihələr haqqında məlumat verilib.
Vasif Eyvazzadənin məruzəsindən sonra nazir müavini Rafiq Bayramov bu məsələ bağlı fikirlərini bölüşüb.